Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon MKS

Ən çox oxunan kitablar
Qabusnamə
28 Dekabr , 2015

Fars nəsrinin ilk mərhələsində elə kitab göstərmək olmaz ki, o, məzmununun rəngarəngliyi, dilinin səlisliyi, oxucular arasında qazandığı şöhrət nöqteyi-nəzərindən "Qabusnamə" ilə müqayisə edilə bilsin. "Qabusnamə"nin dönə-dönə başqa dilləra tərcümə edilməsinin əsas səbəblərindən biri də budur. "Qabusnamə" həyatın müxtəlif sahələrinə həsr edilmiş qırx dörd fəsildən ibarətdir. Allahın vəsfinə həsr olunmuş birinci fəsil və peyğəmbərlərin yaranmasına həsr edilmiş ikinci fəsil nəzərə alınmazsa, "Qabusnamə" başdan ayağa həyati məsələləri öyrətmək, yaşamaq qayda-qanunlarını. X-XI əsr feodal İran cəmiyyətinin yaşayış normalarına uyğun olaraq, təbliğ etməkarzusundan ibarətdir.