Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon MKS

Ən çox oxunan kitablar
Abdulla Şaiq. Seçilmiş əsərləri. Üç cilddə. II cild
28 Dekabr , 2015

Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Abdulla Şaiq romantik şair, nasir, dramaturq, ədəbiyyatşünas alim, bədii tərcümələr müəllifi kimi zəngin və çoxşaxəli yaradıcılıq irsinə malikdir. Şeir yaradıcılığına qəzəllə başlayan Şaiq sonralar yeni mühitin, mütərəqqi rus, Qərb və türk şeirinin yaxından təsiri ilə poeziyasını dövr üçün müasir bir lirikanın ən yaxşı elementləri ilə zənginləşdirmiş, XX yüzildə yeni milli şeirin yaranması yollarında Sabirlə, Səhhətlə birlikdə mübarizə aparmışdır. Ədibin “Seçilmiş əsərləri”nin bu cildinə onun müxtəlif illərdə yazdığı və yüksək sənətkarlıqla qələmə aldığı şeirləri, qəzəlləri, poemaları, eləcə də pyesləri daxil edilmişdir.