Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon MKS
Rayon haqqında
12 Mart , 2015

2013 – cü ilin avqust ayının 7-də Prezident İlham Əliyev Kürdəmir rayonuna səfər etmişdir. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev Prezident İlham Əliyevə Heydər Əliyev parkında və ulu öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat vermişdir.

 

Kürdəmirə səfəri çərçivəsində Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində olmuşdur. Prezident burada ümumilli liderin və Prezident İlham Əliyevin Kürdəmir rayonuna müxtəlif dövlərdə etdiyi səfərlərini əks etdirən foto güşələrlə, ekspozisiya zalı və müxtəlif tədbirin keçirilməsi üçün 300 nəfərlik konfras zalı ilə, Elektron kitabxana, müasir səviyyədə tərtib olunmuş tədris, poeziya otaqları , xarici dil kursları, rəqs, heykəltaraşlıq, xalçaçılıq dərnəkləri, Rəsm studiyası, 3D kinozalı otağı, internet kafe və fotostudiya tanış olmuşdur.

Kürdəmirdə olarkən Prezident İlham Əliyev “Külüllü” su mənbəyindən Kürdəmir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir. Dövlət başçısı burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.


Ölkənin hər yerində olduğu kimi bu rayonda da magistral və kənd yollarının yenidən qurulması, yaşayış məntəqələrinin qazlaşdırılması, su-kanalizasiya sistemlərinin təkmilləşdirilməsi tədbirlərinin bundan sonra davam etdiriləcəyini vurğulayan dövlət başçısı bütün bunların əhalinin firavanlığına və rahatlığına xidmət etdiyini söyləyib. Prezident İlham Əliyev bir daha bəyan edib ki, dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Kürdəmir içtimayəti adından çıxış edən Rayon Ziyalılar Cəmiyyətinin sədri Sabir Novruzov bütövlükdə Respublikamızın, o cümlədən Kürdəmirin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına həmyerlilərinin ən xoş arzularını çatdırmışdır.

Sonra Dövlət başçısı “Kürdəmir şəhərinin su təchizatının planı”, “Külüllü-Kürdəmir-Ucar-Zərdab su kəmərinin planı” sxemlərinə və “Külüllü” su mənbəyində görülən işləri əks etdirən foto stendlərə baxmışdır. AzərSu Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Kürdəmir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi və Külüllü su mənbəyi haqqında prezident İlham Əliyevə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Külüllü mənbəyi Kürdəmir şəhəri ilə yanaşı Zərdab və Ucar şəhərlərini, həmçinin ətraf kəndləri də içməli su ilə təmin edəcək.


Prezident İlham Əliyev daha sonra rayon İcra Hakimiyyətinin yeni inzibati binası ilə də tanış olmuşdur.


Səfər çərçivəsində Prezident İlham Əliyev Kürdəmir Heyvandalıq və Süd Kompleksində olmuşdur. Azərsun holdinq Məhdud MMC-nin müşahidə şurasının sədri Addulbari Gözəl dövlət başçısına kompleksin fəaliyyəti ilə bağlı geniş məlumat vermişdir.


Sonra rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevlə xatirə şəkli çəkdirdilər.