Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon
Tədbirlər
15 Noyabr , 2016

15 noyabr 2016-cı il tarixdə Kürdəmir rayon Heydər Əliyev mərkəzində Heydər Əliyev mərkəzinin, rayon Mərkəzi kitabxanasının və rayon Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə  Milli Dirçəliş Gününə həsr olunmuş “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru”adlı dəyirmi masa təşkil edildi. Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbiri giriş sözü ilə MKS – in direktor müavini İ.Mahmudovaaçaraq Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən danışdı və  bu tədbirin Azərbaycanda Milli azadlıq hərəkatı tarixinin xatırlanması və milli mənlik şüurunun yaddaşlarda möhkəmləndirilməsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi məqsədini daşıdığını bildirdi.

 Sonra Heydər Əliyev mərkəzinin elmi  işçisi Xəyyam Məlikov “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru” mövzusunda məruzə etdi. O, 1988-ci ilin noyabrın 17-dən başlayan meydan hərakatının azad Azərbaycan uğrunda savaşın təməlini qoyduğunu,bu hərəkatda əsas qüvvənin gənclər olduğundan danışdı. O,meydan hərakatından sonra xalqımııza qarşı yönəldilən açıq təcavüzlərdən,ölkəmizin müstəqillik qazanmasından sonra siyasi böhranın dərinləşməsindən və vətəndaş qarşıdurmasının yaranmasından,xalqın tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından,xalqı parçalanmaqdan,ölkəni dağılmaqdan xilas etməyindən və son dövrdə müstəqil Azərbaycanın sürətli inkişafından danışdı.Sonra o,ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan dövlətinin bayrağının daha yüksək zirvələrdə dalğalanacağını bildirdi. 

Tədbirdə Heydər Əliyev mərkəzinin direktoru Düriyyə Seyidova, rayon Mədəniyyət mərkəzinin direktoru Sevinc Həsənova çıxış edərək keçən əsrin axırlarında ölkəmizdə gedən ictimai-siyasi prosesslərdən, xalq hərəkatının yaranmasından və geniş vüsət almasından danışaraq, qeyd etdilər ki, yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkədə əmin-amanlıq yarandı, Azərbaycan davamlı inkişaf yoluna qədəm qoydu.
Tədbirdə “17 Noyabr Milli Dirçəliş Günüdür” adlı sərgi nümayiş olundu.

Foto Qalereya