Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon
Şəhidlərimiz
6 Fevral , 2015

Abışov Qabil Ağəli oğlu 1969 – cü ildə Kürdəmir rayonunun Karrar kəndində anadan olmuşdur. Karrar kəndində orta məktəbi bitirdikdən sonra Kürdəmir rayonunda TPM – da təhsilini davam etdirərək traktorçu – maşinist peşəsinə yiyələnir.
Bir müddət kolxozda işləyir. 1992 – ci ilin dekabrında Ordu sıralarına çağrılır. Hərbi xidmətə Gəncədə başlayır. Bir müddətdən sonra Ağdam cəbhəsinə göndərilir. 1993 – cü ilin yanvar ayının 28 – də həlak olmuşdur.