Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon MKS
Şəhidlərimiz
6 Fevral , 2015

Abdullayev Əfqan Sədr oğlu 1958– ci ildə Kürdəmir rayonunun Qarasaqqal  kəndində anadan olmuşdur. 1977 – ci ildə hərbi xidmətə getmişdir. Qayıtdıqdan sonra   Sumqayıtda “Sintezkauçuk” İstehsalat birliyində işləməyə başlamışdır. 1993 – cü ilin oktyabrından Sumqayıt batalyonunun tərkibində Ağdam cəbhəsində vuruşurdu.
Con dəfə fevral ayının 6 – da döyüşə gedərkən ayağının altında  mina partlayır və o, ağır vəziyyətdə Ağcəbədinin Sarıcalılar kəndindəki qospitalda on üç gündən sonra dünyasını dəyişir. Dünyaya göz açdığı Qarasaqqal kəndində torpağa tapşırılıb.