Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon MKS
Şəhidlərimiz
6 Fevral , 2015
Osmanov Amil Oqtay oğlu 1963 – cü ildə Kürdəmir rayonunun Qarasaqqal kəndində anadan olmuşdur. Birinci sinifdən  yeddinci sinfədək Ağsu internat məktəbində, yeddinci sinifdən   səkkizinci sinfədək öz kəndlərində təhsil almışdır. 1980-1981-ci illərdə Kürdəmir TPM – də təhsilini davam etdirərək qaynaqçı ixtisasına yiyələnmişdir. 1982-1894 – cü illərdə hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Sumqayıt 12 nömrəli dəmir – beton zavodunda işləməyə başlayıb.1992 – ci ilin oktyabrında könüllü cəbhəyə gedib.
Ağdam və Fizuli rayonlarındakı döyüşlərdə iştirak edib. 1993 – cü ilin 26 yanvarında qəhrəmancasına həlak olub. Sumqayıtdakı “Şəhidlər xiyabanında”  dəfn edilib. Ailəli idi. İki oğlu, bir qızı var.