Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon
Şəhidlərimiz
27 Aprel , 2016
Tural Qurbanov 1992-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində Solmaz və Gürşad Qurbanovların ailəsində anadan olub. 

Gizir Tural Qurbanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 11-i isə Tural Qurbanov doğulduğu Kürdəmir rayonunun Sığırlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Qurbanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Tural Qurbanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Tural Qurbanovun xatirəsinə həmin ilin iyun ayında "ANS" telekanalında yayımlanan "Alın yazısı" verilişinin bir bölümü həsr olundu.