Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon
Tədbirlər
8 Noyabr , 2017
8 noyabr 2017-ci il  tarixində Kürdəmir rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində 9 noyabr- Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirildi. "Bayraq mənliyimdir, bayraq kimliyim" adlı tədbirdə giriş sözü kitabxanamızın işçisi N.İsayeva açaraq uşaqlara bayrağın dövlətimizin vacib bir atributu olmaqla yanaşı,xalqımızın şərəfi, qürur mənbəyi olmasından, Əhməd Cavadın ruhundan axıb gələn "Üç rəngli bayrağınla məsud yaşa" kimi müqəddəs fikirləri, bayrağımızın öz əzəməti ilə Ginnesin "Rekordlar kitabı"na düşməsindən söhbət açıb. Tədbirdə 1 saylı tam orta məktəbin 6v sinif şagirdləri öz şeirləri ilə çıxış ediblər.
Foto Qalereya