Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon
Xəbərlər
22 Noyabr , 2017
Noyabrın 22-də rayonun Heydər Əliyev Mərkəzində Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakmiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və ədliyyə işçiləri iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib, abidəsi önünə gül dəstələri düzülüb. Sonra onlar  Heydər  Əliyev  Mərkəzində   olmaqla   dahi   rəhbərə   həsr   olunan  guşələrə, foto-stendlərə maraqla tamaşa ediblər.
Kürdəmir Rayon İcra Hakmiyyətinin Başçısı Ceyhun Cəfərov peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini təbrik edib. O, Ulu öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdırıb, həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını diqqətə çatdırıb.
Digər çıxış edənlər də peşə bayramı münasibətilə ədliyyə orqanları əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıblar.