Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon
Tədbirlər
7 Dekabr , 2017

2017-ci il dekabr ayının 7 – də  Kürdəmir rayon Mərkəzi kitabxanasının nəznində yerləşən Kürdəmir Amerika mərkəzində Texnologiya aylığı çərçivəsində  tədbir keçirildi. Tədbirdə Amerika Səfirliyinin işçisi Tereza Dikson (Theresa Dixon), Bakı Amerika Mərkəzində yerləşən Yaradıcı Məkanın (Maker Space) baş təlimçisi Şölə Eminbəyli və könüllü Əli Məmmədov 3D Printer, robotlar, elektron innovativ intellektual oyunlar, ve digər avadanlıqları mərkəzin qonaqlarına təqdim etdilər. Texnologiya saatında səfirlik tərəfindən gətirilmiş avadanlıqlar Amerika mərkəzinin bütün istifadəçi və qonaqlarına təqdim olundu və həmin avadanlıqlar haqqında qonaqlara geniş məlumat verildi. Tədbir zamanı 10 yaşdan yuxarı uşaqlar və böyüklər yeni texnologiya və innovasiyalar haqqında məlumat aldılar, gətirilmiş avadanlıqlardan istifadə edib, praktiki təcrübə qazandılar.  Müxtəlif təqdimatlar və oyunlar tədbir iştirakçılarının marağına səbəb oldu.

Foto Qalereya