Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon MKS
Tədbirlər
26 Oktyabr , 2018

26.10.2018 – ci tarixdə Kürdəmir rayon Mərkəzi kitabxanasında Uşaq hüquqları aylığı çərçivəsində uşaq hüquq və azadlıqları ilə bağlı maarifləndirmə işlərinin təşkili məqsədi ilə Kürdəmir RPŞ – nın Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru polis leytenantı Asif Əhmədovla yeniyetmə oxucuların görüşü təşkil edilldi. Görüşdə uşaqlara uşaq hüquqları sahəsində pozuntular, həmçinin uşaqlara qarşı kobud rəftar, zorakılıq halları, insan alveri, erkən nigah, narkomaniya və digər qanunazidd əməllərlə bağlı məlumat verildi və mübarizə yolları göstərildi. Sonda uşaqları maraqlandıran suallar cavablandırıldı.

Tədbirdə Uşaq hüquqları ilə bağlı slayd, video material və sərgi nümayiş olundu.

Kürdəmir Dövlət Rəsm Qalereyası tərəfindən mövzu ilə əlaqədar təqdim olunan uşaqların əl işlərindən ibarət rəsm sərgisi tədbiri daha baxımlı etdi

Foto Qalereya