Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon MKS
Tədbirlər
23 Fevral , 2019

23.02.2019 – cu il tarixdə Kürdəmir rayon Mərkəzi kitabxanasında  Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş " Xocalı soyqırımı bəşəriyyətin ağır faciəsidir " mövzusunda tədbir keçirildi. Tədbir Xocalı faciəsi zamanı həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsi ilə başladı.

Kürdəmir MKS –inin direktoru İradə Mahmudova çıxış edərək bildilirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil olmuşdur. O dəhşətli gecədə Xocalı şəhəri yerlə-yeksan olmuş, dinc əhaliyə vəhşicəsinə divan tutulmuşdur. O gecə faciəyə məruz qalan Xocalının əhalisinin bəzisi düşmənə inadlı müqavimət göstərərək, bəziləri hər cür məşəqqətlərə dözərək, sağ qalmaq üçün mübarizə apararaq, bəziləri isə şəhid olaraq qəhrəmanlıq zirvəsinə ucaldılar. O,  vurğuladı ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş,  onun  təşəbbüsü ilə Milli Məclis "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etmiş,sənəddə hadisənin baş vermə səbəbləri təfsilatı ilə açıqlanmışdır.

Sonra  kitabxananın oxucularının ifasında təqdim olunan “Gözlə bizi Xocalı” adlı ədəbi kompozisiya tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

Tədbirdə “Xocalı faciəsi” adlı sərgi nümayış edildi



Foto Qalereya