Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon MKS
Tədbirlər
3 Mart , 2019

Coding Camp.

Kürdəmir rayon Mərkəzi kitabxanasının nəzdində fəaliyyət göstərən Amerika Mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Code for future” layihəsi həyata keçrildi. Bu layihə 7-9-cu sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Layihə üç mərhələdə keçirildi. Birinci mərhələdə layihə barədə məlumat verildi və 151 nəfər məktəbli qeydiyyatdan keçdi. İkinci mərhələdə - 2019 - cu ilin fevral ayının 17 də qeydiyyatdan keçən şagirdlərin test-imtahanı keçirildi, 20 məktəbli imtahandan yüksək bal toplayaraq üçüncü mərhələyə keçdi. Üçüncü mərhələdə Kodlaşdırma üzrə təlimlər (bootcamp) isə 2019 – cu ilin 1-3 mart tarixlərində keçrildi. İştirakçılarda IT sahəsinə olan maraq, öyrənmə həvəsi və potensial inanılmazdır! İştirakçıların hər birinə serdifikat verildi. Seçilən hər bir uşaq artıq qalib sayılsa da, sonda dərsdəki aktivliyinə və verilən tapşırığın yerinə yetirilməsində fərqlənən Elbəy Xələfov 1-ci yeri və “Code for future” (Gələcəyi kodlaşdır) layihəsindən planşet qazandı.

“Code for future” (Gələcəyi kodlaşdır) layihəsi uğurla növbəti qış düşərgəsini başa vurdu

Foto Qalereya