Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon MKS
Tədbirlər
14 Mart , 2019

Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustadı

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialı Kürdəmir rayon Mərkəzi Kitabxanası ilə birgə 14 mart 2019-cu il tarixdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibəti ilə oxucu konfransı keçirmişdir. AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbiri açaraq İsmayıl Şıxlının koloritli xarakterlərə və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarından biri olmasından danışmışdır. Sonra İsmayıl Şıxlının həyat və yaradıcılığının əsas məqamlarını əks etdirən qısa slayd nümayiş olunmuşdur. Kürdəmir rayon 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva çıxış edərək İsmayıl Şıxlının yaradıcılığındakı özəlliklərdən, şəxsiyyətindən, şəcərəsindən – Şıxlinskilərdən bəhs etmişdir. Şairə Yadigar Təvəkkül çıxışını İsmayıl Şıxlı yaradıcılığında milli-mənəvi dəyərlər, xalqın adət-ənənələri, dil və üslubu mövzusuna həsr etmişdir. Kürdəmir rayon MKS-ın direktoru İradə Mahmudova çıxışında İsmayıl Şıxlının pedaqoji və elmi fəaliyyətindən bəhs etmişdir. Kitabxananın əməkdaşları Məhinə Şirəliyeva, Məryəm Əliyeva yazıçının sevilən hekayələrindən oxumuşlar. Tədbirdə İsmayıl Şıxlının həyat və yaradıcılığını əks etdirən slayd, “Dəli Kür” romanı əsasında çəkilmiş eyni adlı filmdən fraqmentlər və “İsmayıl Şıxlı 100” adlı kitab sərgisi nümayiş etdirilmişdir.

Foto Qalereya