Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon MKS
Tədbirlər
30 Mart , 2019
30 mart 2019 – cu il tarixində Kürdəmir rayon Mərkəzi kitabxanasında 31 mart Azərbaycanlılarının soyqırımı günü münasibəti ilə  “Azərbaycan tarixinin faciəli səhifələri” adlı anım tədbiri  təşkil edildi. Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad elməsi ilə başladı.  Sonra söz kitabxananın fəal oxucusu, şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Nazilə Bünyadovaya verildi. Nazilə Bünyadova çıxış edərək  bildirdi ki, Azərbaycanlılara qarşı soyqırım siyasəti erməni şovinistləri tərəfindən 100 illər boyu planlı surətdə həyata keçirilmişdir. Bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə bu ərazilərdə mifik “Böyük Ermənistan” dövləti yaratmaq idi. O, bildirdi ki, xalqımızın başına gətirilən bu faciələr, çox təəssüf ki, uzun illər özünün hüquqi-siyasi qiymətini almamışdır. Yalnız ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra - 1993-cü ildən başlayaraq millətimizə qarşı törədilən soyqırımlar obyektiv şəkildə araşdırılmış, tarixi həqiqətlərin üzə çıxarılması və dünya ictimaiyyətinə çatdırılması üçün son dərəcə əhəmiyyətli işlər görülmüşdür.

Sonra Kürdəmir rayon MKS –inin direktoru İradə Mahmudova çıxış edərək Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilməsindən, Azərbaycanlılara qarşı zaman - zaman törədilən bu ağır cinayətləri unutmamağı və böyüyən nəslin düşmənin məkrli niyyətlərinə qarşı ayıq – sayıqlıq ruhunda tərbiyə olunmasını tövsiyə etdilər və hamını milli birliyə, gələcəyimiz naminə keçmişimizi unutmamağa çağırdı.

Tədbirdə “31 mart Azərbaycanlıların Soyqrımı günüdür” adlı sənədli film və  kitab sərgisi nümayiş olundu.

 

 

Foto Qalereya