Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon MKS
Tədbirlər
3 Aprel , 2019

  03.04.2019 – cu il tarixdə Kürdəmir rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə 2016 – cı il aprelin 2 - də Ermənistan - Azərbaycan təmas xəttində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant, “Azərbaycan bayrağı ” ordenli  İsmayılov Əbu Bəkr Vüqar oğlunun yaşadığı evin qarşısında “Aprel döyüşləri - böyük zəfərin başlanğıcı” adlı anım tədbiri keçirildi.                                         

   Tədbiri Kürdəmir rayon MKS –inin direktoru İradə Mahmudova açaraq Aprel döyüşlərindən,    Azərbaycan Ordusunun qələbəsidən və Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklərin, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyinin və Cocuq Mərcanlının, Goranboy rayonunun Gülüstan kəndinin və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelərin  düşməndən azad olunmasından  söhbət açdı. Sonra  Azərbaycana qələbə sevinci yaşadan  aprel döyüşləri zamanı qəhrəmanlıqla  həlak olmuş həmyerlilərimiz  İsmayılov Əbu Bəkr Vüqar oğlu və Qurbanov Tural Gürşad oğlu başda olmaqla bütün şəhidlərin ruhu yad edildi. Tədbir kitabxananın oxucularının ifasında “Böyük zəfərin başlanğıcı” adlı ədəbi kompozisiya ilə başa çatdı.  

Foto Qalereya