Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon MKS
Tədbirlər
12 Aprel , 2019

Yaşadığımız hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlardır şəhidlər. Belə qəhrəmanlardan biri də rayonumuzun yetişdirməsi olan Baş leytenant Əbu Bəkir İsmayılovdur. 12 aprel 2019-cu il Kürdəmir Regional Mədəniyyət idarəsi Kürdəmir Uşaq şöbəsi olaraq körpə fidanlarla birlikdə şəhidimizin böyüyüb, boya-başa çatdığı ata ocağında Rəna ananın qonağı olduq.
Körpə fidanlarımızı aparmaqda məqsədimiz özümüzdən sonra gələn nəsillərə vətənpərvərlik ruhunu aşılamaq və şəhidimiz kimi heç nədən qorxmayıb düşmən üzərinə yürüyüb, vətən üçün canından keçməyə hazır ola biləcəklərini çatdırmaqdır.
Rəna ana ilə həmsöhbət olduqca insan sevinir ki, vətənimin bu cür igid, cəsur, qorxmaz övladları var.Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Belə övlad yetişdirdiyi üçün Rəna ananın və şəhidimizin ruhu qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət etsin!

Foto Qalereya