Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon MKS
Tədbirlər
22 Aprel , 2019

 ABŞ-ın Azərbaycandakı Səfirliyinin və Junior Achievement Azerbaijan (JAA) –nın təşkilatı dəstəyi ilə Kürdəmir Rayon Mərkəzi kitabxanasının nəzdində fəaliyyət göstərən Kürdəmir Amerika Mərkəzində 18-20  aprel tarixlərində Maliyye Savadlılığı (Financial literacy) adlı lahiyə həyata keçirildi.Təlim 3 gün davam etdi və təlimdə 30 nəfər 18-25 yaşlı mütəxəssis, kiçik və orta biznes sahibkarları, fermerlər, və şəxsi maliyyə işlərini tənzimləmək  istəyən insanlar  iştirak etdilər.

Təlim zamanı iştirakçılar maraqlı maliyyə proqramları ilə tanış oldular  və ABŞ səfirliyinin nümayəndələri ilə görüşdülər.

 Təlimdə mütamadi iştirak edənlərə ABŞ –ın Azərbaycandakı Səfirliyi tərəfindən sertifikatlar verildi.

 

Foto Qalereya