Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon MKS
Tədbirlər
29 Aprel , 2019

  29.04.2019 – cu il tarixdə  Kürdəmir rayon Mərkəzi kitabxanasında əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, görkəmli alim – oftolmoloq  Zərifə xanım Əliyevanın anadan olmasının 96 illik yubileyinə həsr edilmiş “Mehriban ana, sədaqətli həyat yoldaşı, qayğıkeş həkim” adlı anım tədbiri təşkil edildi.

  Tədbiri  rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İradə Mahmudova  açaraq insanlara həyat nuru bəxş etmiş şəfqətli bir həkimin sadəliyi və təvazökarlığı ilə insanlığın əsl mücəssəməsi olan nəcib azərbaycanlı xanımın  Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətləri haqqında  məlumat verdi. O, qeyd etdi ki,  Zərifə xanım bütün Azərbaycan qadınlarının malik olduğu keyfiyyətlərin özündə bir növ ümumiləşdirilmiş şəkildə daşıyıcısı idi. Azərbaycan tibb elminə əvəzsiz töhfə verən Zərifə xanım Əliyeva sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana kimi hamı üçün örnəkdir. Zərifə xanımın əziz xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.

   Tədbirdə Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş mahnı, video material və “Zərifə Əliyeva- 96” adlı  kitab sərgi nünayiş edildi