Kürdəmir rayon Mərkəzi kitabxanası

Kürdəmir rayon MKS
Tədbirlər
11 May , 2019

   Respublikamızın 16 regional Mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən – Bölgələrə “ Yaradıcılıq Festivalı Kürdəmir  rayonunun qonağı oldu.

Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri , regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, eyni zamanda Kürdəmir  rayon İcra Hakimiyyətinin Başçısı iştirak edib.

Rayonları təmsil edən nümayəndə üzvülərini  Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov  və  Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov milli geyimdə olan qızların iştirakı ilə şərbət və xoncalarla qarşıladılar.

Festivalın sərgi hissəsinə gəlincə, regional mədəniyyət idarələrinin tabeliyində olan şəhər və rayonların sənətkarları və yaradıcı insanları dekorativ tətbiqi sənət nümunələri, müxtəlif mövzularda çəkilmiş rəsm əsərləri, bəzək əşyaları, əl işləri sərgiləyiblər.

 Eyni zamanda regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri də nümayiş etdiriblər.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Sonda Rayon İcra başçısı əziyyəti olan hər kəsə öz dərin minnətdarlığın bildirdi və  İmişli rayon Uşaq Musiqi məktəbinin səs müəllimi Elnur Məcidovun ifasında    “Azərbaycan” mahnısı sədaları altında atəşfəşanlıqla başa çatdı.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı keçirilib.

 

Foto Qalereya